Reductio ad Hitlerum

Adolf Hitler (1889–1945) 1938-ci ildə

Reductio ad Hitlerum (azərb. Hitlerə endirilmə‎), həmçinin "nasist kartını oynamaq"[1][2] — başqasının arqumentini onun Adolf Hitler və ya Nasist Partiyası tərəfindən təbliğ edilmiş və ya tətbiq edilmiş eyni ideya olduğu əsasında etibarsız hesab etmək cəhdi.[3] Arqumentləri onlar yanlış olduqları halda "reductio ad Hitlerum" adlandırmaq olar (məsələn, Hitlerin ət yeməkdən çəkindiyi və ya siqaretin əleyhinə olduğuna görə, bunu edən hər kəs nasistdir). Əksinə, fürerçilik kimi nasizmin xüsusi faşist komponentlərini tənqid edən sadə arqumentlər assosiasiya məntiqi səhvinin bir hissəsi deyil.

1953-cü ildə Leo Ştraus tərəfindən icad edilmiş "reductio ad Hitlerum" adını məntiqdə istifadə olunan "reductio ad absurdum" ("cəfəngə endirilmə") adlanan termindən götümüşdür.[4] Ştrausa görə, "reductio ad Hitlerum" əslində "ad hominem", "ad misericordiam", ya da uyğunsuzluq məntiqi səhvidir. Təklif olunan əsaslandırma assosiasiya ilə təqsirdir. Bu, adətən mübahisələri pozmaq üçün istifadə edilən bir taktikadır, çünki bu cür müqayisələr rəqibin diqqətini yayındırır və onları qəzəbləndirir.[5]

  1. "Godwin's Law, or Playing the Nazi Card". Jewish Telegraphic Agency. 6 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2020.
  2. "Playing the Nazi Card". FAIR. 1 March 2010. 24 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2020.
  3. "Natural Right and History". University of Oklahoma. 2008. 2010-02-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-11.
  4. Leo Strauss, Natural Right and History. Chicago: University of Chicago Press, 1965 [1953], p. 42.
  5. Curtis, Gary N. "Logical Fallacy: The Hitler Card". Fallacy Files. 2004. 2012-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-10-08.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search